Instagram hesabını qorumağın yolları

Instagram hesabını qorumağın yolları

3 Oktyabr 2022, 12:12

Instagram hesabının oğurlanmaması üçün vacib detallar var. Bunlar hansılardır?

 

İlk və əsas qayda çox güclü şifrə seçməkdir. Seçilən şifrənin tərkibində rəqəmlər, böyük və kiçik hərflər mütləq olmalıdır. Üstəlik şifrəni unutmamaq üçün bir yerə qeyd etmək tövsiyə olunur.

 

Bundan başqa Instagram hesabınızın ikimərhələli identifikasiya funksiyasını işə salın. Bu tənzimləmələri aktiv etmək üçün ilk öncə Instagram tətbiqinə daxil oluruq. Ayarlar hissəsinə keçid edirik. Təhlükəsizlik bölməsinə daxil oluruq və ikimərhələli identifikasiya funksiyasını işə salırıq.

 

Artıq kimsə şifrənizi bilsə də telefonunuza gələn qısa mesaj sayəsində hesabınıza giriş edə bilməyəcək.

 

Tanımadığınız insanlardan gələn mesajları açmayın, açsanız belə, onlardan gələn linkləri klikləməyin. Bütün bu qaydalara əməl emədiyiniz təqdirdə instagram hesabınız oğurlana bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı