Modern.az

Şəhid Elmin Mirzəyevin xatirəsi anılıb - FOTOLAR

Şəhid Elmin Mirzəyevin xatirəsi anılıb - FOTOLAR

3 Oktyabr 2022, 12:28

Oktyabrın 2-də Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Elmin Mirzəyevin ölümünün ildönümü  münasibətilə  Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə Şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Şəhidin müəllimi, döyüş yoldaşları çıxış edərək Şəhidlə bağlı xatirələrini danışıblar.

 

Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Şəhidin ailəsinə  başsağlığı verərək onlara Allahdan səbir diləyib. O, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.


Eyvaz Hüseynov , həmçinin dövlətimizin şəhidlərin xatirəsinə bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Elmin Mirzəyevin valideynlərinə təsəlli verib, Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha onlara təşəkkür edib. Qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar.


Tədbirdə çıxış edən şəhidin atası Əvəz Mirzəyev övladının qəhrəmanlığı ilə fəxr etdiyini bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

 

Sonda Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları şeirlərdən ibarət ədəbi bədii kompozisiya nümayiş etdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?