“Biz Azərbaycandakı əsirlərin sayı ilə bağlı statistik məlumatları ictimaiyyətlə paylaşmırıq, lakin aidiyyəti şəxslərin ailələri ilə birbaşa əlaqə saxlayırıq”.
Modern.az xəbər verir ki, bu barədə Beynəlxaql Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib.
O deyib ki, sonuncu dəfə sentyabrın 23-də Azərbaycan tərəfi BQXK nümayəndələrinə əsirlərlə görüş imkanı yaradıb:
“Digər hallarda olduğu kimi, bu işdə də həbs yerlərinə baxış keçirmək, həmin şəxslərin sağlamlıq vəziyyətini yoxlamaq, ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb və təbii ki, bu proses davam edir”.
Ermənistan baş naziri Aparatının beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Diana Karazyan isə deyib ki, hazırda Azərbaycan tərəfində 13 sentyabr insidenti zamanı əsir düşən 17 erməni hərbçi var.