Modern.az

80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb

80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb

Aktual

3 Oktyabr 2022, 13:33

Son bir həftə ərzində Rusiya-Gürcüstan sərhədini hər iki istiqamətdə 69 mindən çox insan keçib.

Modern.az xəbər verir ki, bu barədə Şimali Osetiya baş nazirinin müavini İrbek Tomaev operativ müşavirədə bildirib.

"Hazırda Şimali Osetiyada 1422-yə yaxın yük maşını Rusiyanı tərk etmək üçün gözləyir, avtomobil növbəsi yoxdur. Son bir həftə ərzində hər iki istiqamətdə 19 742 nəqliyyat vasitəsi və 69 511 nəfər dövlət sərhədini keçib. Yollarda vəziyyətə nəzarət olunur". dedi..

Eyni zamanda Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bəyan edib ki, Rusiya vətəndaşlarının Gürcüstana axını xeyli azalıb.

Ümumilikdə, sentyabrın 17-dən 26-dək olan müddətdə müxtəlif keçid məntəqələrindən Gürcüstana 78 742 Rusiya vətəndaşı daxil olub, 62 120 Rusiya vətəndaşı isə gedib. Rusların Gürcüstana gəlişinin pik həddi sentyabrın 23-dən 26-na qədər olub, Rusiya Federasiyasından 40 548 vətəndaşın ölkəyə daxil olduğu və 22 929 nəfərin getdiyi həmin dövrə düşüb.

"Rusiya vətəndaşlarının Gürcüstana gəlişi əhəmiyyətli dərəcədə azalıb və əvvəlki dövr səviyyəsinə qayıdıb və bu rəqəm 6000 daxilində dəyişir", - Daraxvelidze bildirib.

Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edildikdən sonra ölkəni tərk edənlərin sayı artıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü