Modern.az

AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək

AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək

3 Oktyabr 2022, 13:44

Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi postundakı taleyinə aydınlıq gələcəyi vaxt açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu, oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclasında bəlli olacaq.

 

İK saat 15:00-da start götürəcək toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.

 

Bundan əlavə, iclasda digər məsələlərə də baxılacaq:

 

- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə

 

- Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi

 

- Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi

 

- Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi

 

- Digər məsələlər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir