General Bərxudarov Əliyar Əliyevin məzarı önündə - FOTOLAR

General Bərxudarov Əliyar Əliyevin məzarı önündə - FOTOLAR

Qarabağ

3 Oktyabr 2022, 16:54

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin şəhidlik zirvəsinə ucalmasından 30 il ötür.

 

Modern.az xəbər verir ki, bu gün şəhidin yaxınları, dostları və döyüş yoldaşları onun Qubadlı şəhərində yerləşən məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

 

Xatırladaq ki, Əliyar Əliyev 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində doğulub. 1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. 1980-1982-ci illərdə hərbi xidmət keçib.


Ə.Əliyev respublikanın adlı-sanlı idmançılarından biri sayılırdı. Dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və beynəlxalq yarışlarda qalib gəlib. Onun səkkiz yetirməsi respublika və SSRİ çempionu, bir nəfər isə Olimpiya yığma komandasında təmsil olunub.


Əliyar Əliyev Ermənistan ölkəmizə qarşı təcavüzə başlayanda cəbhəyə ilk könüllü gedənlərdən biri olub. Tabor komandiri Ə.Əliyev dəfələrlə düşmənə ağır zərbə vurub.
 

O, 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının kəndlərini 4 gün ərzində ermənilərdən azad etməyə böyük yardım edib. Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının 2 kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyev qəhrəmancasına şəhid olub.
 

Qeyd edək ki, Əliyar Əliyev Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman fəxri adına layiq görülüb.
 

Əliyar Əliyevin tələbələrindən biri - general-mayor Mais Bərxudarov söz vermişdi ki, Milli Qəhrəmanın ruhunu şad etmək üçün Qubadlıya üçrəngli bayraq sancacaq. Belə də oldu. Şanlı bayrağımız 25 oktyabr 2020-ci il tarixində Qubadlıya sancıldı və həmin gün Qubadlı 27 illik işğaldan azad edildi.
 

Qubadlı işğaldan azad edildikdən bir müddət sonra Əliyar Əliyevin qəbirüstü abidəsi bərpa edilib. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı