Modern.az

Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM

Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM

Aktual

3 Oktyabr 2022, 14:28

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi ilə bağlı Sərəncamda qeyd olunub.

 

Məlumat üçün bildirək ki, Elnur Məmmədli dəfələrlə cüdo üzrə Avropa və dünya çempionatlarının mükafatçısı, Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi olub. O, 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır