Modern.az

Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi

Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi

Aktual

3 Oktyabr 2022, 15:06

Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru Xanbaba Hüseynov Topçubaşov adına elmi-cərrahiyə Mərkəzinin elmi işlər üzrə direktor müavini təyin olunub.

 

Modern.az xəbər verir ki, o, artıq yeni vəzifəsinin icrasına başlayıb.

 

Qeyd edək ki, X.Hüseynov 2021-ci ilin dekabrında Masallı Mərkəzi Xəstəxanasının direktoru təyin olunmuşdu.

 

Dünən Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Xanbaba Meyxoş oğlu Hüseynov tutduğu vəzifədən azad edilib.

 

Tibb üzrə fəlsəfə doktoru, nevroloq X. Hüseynov 1964-cü il təvəllüdlüdür. O, əslən Lerik rayonunun Pirəsora kəndindəndir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir