Ulu Öndərin xidmətləri gənc nəslə örnəkdir

Ulu Öndərin xidmətləri gənc nəslə örnəkdir

3 Oktyabr 2022, 15:38

Hər bir xalqın tarixində, xüsusən də həlledici dönəmlərdə, ciddi siyasi dəyişikliklər prosesində mühüm, çevriliş nöqtələrini təsdiqləyən əlamətdar günlər olur, ancaq öz adını xalqının şanlı tarix səhifələrinə yazan şəxsiyyətlər hər bir xalqın qismətinə düşmür. Azərbaycanın müasir tarixində keşməkeşli, həlledici tarixlər, unudulması mümkün olmayan qanlı səhifələr və soyqırımları çoxdur, neçə-neçə igidlərini şəhid verdiyi tarixlər yaşanıb. Ancaq xalqımızı bu ağır sınaqlardan üzüağ çıxaran, onun adını dünyanın sivil xalqları və müstəqil mövqeyi, siyasəti olan ölkələr sırasına salan görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev olub.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib. Deputatın sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycanın xalqının ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlər də məhz onun - Heydər Əliyevin adı ilə bağlıdır:

 

"Müstəqil dövlətçiliyimizin formalaşdığı ağır günlərdə xalqımızın həyatında həlledici tarixlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür. 1993-cü il oktyabr ayının 3-də xalq müxtəlif daxili siyasi qüvvələrin çəkişməsi və xarici qüvvələrin məkrli siyasətləri nəticəsində onu vətəndaş müharibəsi və vətənin parçalanması təhlükəsindən xilas etmiş Ulu Öndərimizi böyük səs çoxluğu ilə özünün Prezidenti seçdi. Həmin gündən başlayaraq, Azərbaycan addım-addım böyük bəlalardan, faciələrdən uzaqlaşmağa başladı, xalqın ümummilli lideri ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarımağa nail oldu, ölkəmizdə bir çox qlobal enerji-kommunikasiya layihələrini reallaşdırıldı.

 

Bu tarixdən başlayaraq, ümummilli lider Heydər Əliyevtn siyasət aləmindəki nüfuzu, səriştəsi sayəsində dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə
başladılar. O, qısa müddət ərzində müstəqil Azərbaycanın gələcək inkişaf perspektivlərini təmin etdi". 

 

Ülviyyə Ağayeva onu da qeyd edib ki, dərin zəka sahibi olan ulu öndər böyük siyasətçi, müdrik dövlət xadimi, uzaqgörən dövlət başçısı olmaqşla yanaşı, eyni zamanda, elm, maarif, mədəniyyət sahəsində də dərin biliklərə malik idi. O, xalqın tarixini gözəl bilir, milli-mədəni-dəyərlərimizə böyük önəm verir və xalqın tarixində baş verən faciələri şəxsi faciəsi, uğurları isə xalqının qələbəsi kimi qəbul edən şəxsiyyət olub. 

 

Qeyd etmək lazımdır ki, ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin böyük şəxsiyyət, fenomenal siyasətçi kimi tanınması və dünyanın siyasət arenasında ehtiramla qəbul edilməsi onun liderlik bacarığının təzahürüdür. Ulu öndər bu istedadını rəhbərdik etdiyi dövlətin rifahına yönəldib və onun qoyduğu siyasi xəttin davam etdirilməsi bugünkü nailiyyətlərimizi təmin edib. 

 

Dahi şəxsiyyət olan Heydər Əliyev dövlət idarəçiliyi və siyasət sahəsində fövqəltəbii bacarıqları ilə yanaşı, həm də güclü təsərrüfatçı, hər sözünün arxasında dayanan, hər sözünün dəyərini bilən, auditoriyanı inandırmağa və dinləyicilərini, bütövlükdə xalqı öz arxasınca aparmağı bacaran bir natiq olub. O həmçinin dərin düşüncəli mahir psixoloq, qədblərə yol tapan insan sərrafı idi. Elə bu keyfiyyətlərinə görədir ki, illər ötsə də, xalq Ulu Öndəri unutmur, onun xidmətləri gənc nəslə bir örnək kimi fayda gətirir.

 

Bugünkü müstəqil Azərbaycanın bünövrəsi, demək olar ki, məhz ümummilli liderin, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Respublikamızın Prezidenti seçildiyi gündən başlayıb. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqlı olaraq deyib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim edib, Heydər Əliyevi ölkənin Prezidenti seçib. Böyük nüfuza və şöhrətə, malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoyub”.
Bu gün ulu öndərin bünövrəsini qoyduğu, nəzəri əsaslarını hazırladığı azərbaycançılıq ideologiyası xalqın canına, qanına hopub, xalqın milli məfkurəsinə çevrilərək dünyanın istənilən yerində bütün azərbaycanlıları vahid bir qüvvəyə çevirmiş, dəmir yumruq olaraq ümummilli liderin qoyduğu yolu layiqincə davam etdirən Respublika Prezidenti İlham Əliyevin ətrafında birləşdirməyə nail olub".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı