Modern.az

Ermənistanın keçmiş baş naziri erməniləri müharibəyə çağırdı

Ermənistanın keçmiş baş naziri erməniləri müharibəyə çağırdı

3 Oktyabr 2022, 15:50

Ermənistanın sabiq baş naziri Vazgen Manukyan rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə apardığı danışıqların əleyhinə çıxaraq, onu dərhal dayandırmağı tələb edib.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, V.Manukyan bu danışıqları erməni xalqı üçün “zəiflik, axmaqlıq və alçaldıcılıq” adlandırıb.

V.Manukyan erməni xalqını hərəkətə gətirmək üçün sərsəm fikirlər səsləndirib.

“Deyirlər ki, razı olmasaq, Azərbaycan yenə müharibəyə başlayacaq. Qoy cəsarət etsinlər. Qoyun kimi başımızı qurbangaha əyməkdənsə, arvadımızı, övladlarımızı, gələcəyimizi, namusumuzu döyüşərək qorumağımız daha düzgün deyilmi?”, - deyən sabiq baş nazir erməniləri müharibədən qorxmamağa çağırıb.
 

“Gücə qarşı güc, əzmkarlığa qarşı əzm, orduya qarşı ordu”, - deyə Vazgen Manukyan daha sonra bildirib.

Qeyd edək ki, 76 yaşlı V.Manukyan Ermənistan Respublikasının ilk baş naziridir (1990-1991). O, 1992-1993-cü illərdə Ermənistan Respublikasının müdafiə naziri postunu tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi