Leyla Abdullayevadan Edilli ilə bağlı PAYLAŞIM 

Leyla Abdullayevadan Edilli ilə bağlı PAYLAŞIM 

4 Oktyabr 2022, 20:44

Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzar – hərbçi olduğu müəyyənləşdirilən 12 nəfərin qalıqları aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqla bağlı tviterdəki paylaşımında deyilir.

 

“Müharibə cinayətləri ilə bağlı danışanların nəzərinə: Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlı itkin düşüb, onlardan çoxu işgəncəyə məruz qalıb, öldürülüb və kütləvi məzarlarda dəfn edilib”, - Leyla Abdullayeva qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı