Modern.az

Paşinyan əsirlərin qaytarılmasına görə ABŞ-a təşəkkür etdi

Paşinyan əsirlərin qaytarılmasına görə ABŞ-a təşəkkür etdi

4 Oktyabr 2022, 22:47

Ermənistanın baş naziri Nikol Paşinyan erməni əsirlərin İrəvana təhvil verilməsində göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edib.

 

Modern.az xəbər verir ki, Paşinyan bu barədə Tvitterdə paylaşım edib.


"Mən ABŞ-ın 17 hərbi əsirimizin geri qaytarılmasına kömək səylərini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, birgə səylərlə beynəlxalq tərəfdaşlarımızla birlikdə həm humanitar məsələlərin həllində, həm də regionda sülhün bərqərar olunmasında gələcək irəliləyişləri qeyd edəcəyik”, - baş nazir vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 hərbçini qarşı tərəfə təhvil verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər