Modern.az

Kritik gün - İlham Əliyev və Ərdoğan Paşinyanla görüşür

Kritik gün - İlham Əliyev və Ərdoğan Paşinyanla görüşür

6 Oktyabr 2022, 08:52

Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək.


Modern.az xəbər verir ki, dördtərəfli görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq.

 

Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan baş naziri Nikol Paşinyan arasında da görüş olacaq.

 

Türkiyə mediası iddia edir ki, Ərdoğan görüş zamanı “Zəngəzur dəhlizi” məsələsini qaldıracaq.


Qeyd edək ki, avqustun 31-də Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi