Modern.az

İtkinlərin genetik profili hazırlanıb

İtkinlərin genetik profili hazırlanıb

6 Oktyabr 2022, 11:32

“İtkin düşmüş 4 min vətəndaşımızın hər birinin 3 yaxınından genetik materiallar götürülüb. Artıq onların hər birinin genetik profili hazırdır”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Azərbaycanda akkreditə olinmuş diplomatik korpusun nümayəndələrinə məlumat verərkən deyib.

 

Onun sözlərinə görə, aşkar edilmiş bütün sümük qalıqları xüsusi depolarda saxlanılır:

 

“Prezidentin tapşırığına əsasən, itkin düşmüş bütün şəxslərin axtarışı sonuncu tapılana qədər davam edəcək”.

 

Ə.Həsənov qeyd edib ki, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqdan tapılan qalıqların hansısa birinin yaxın adamları bu gün həyatda yoxdursa, o zaman məhkəmə qərarı ilə onların qəbirlərindən genetik nümunə götürülərək araşdırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir