Modern.az

Edillidə erməni əsirliyində olmuş şəxs vəfat etdi

Edillidə erməni əsirliyində olmuş şəxs vəfat etdi

6 Oktyabr 2022, 11:58

28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış əsir Şıxəliyev Şəmsi Canəhməd oğlu vəfat edib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Şəmsi Şıxəliyev uzun müddət xəstəlikdən əziyyət çəkib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından faktı təsdiqləyib.

 

Həmin hadisələrin şahidi olmaqla 28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu