Modern.az

Millimiz FİFA reytinqində 5 pillə irəlilədi

Millimiz FİFA reytinqində 5 pillə irəlilədi

Aktual

6 Oktyabr 2022, 12:10

Milli komandaların FİFA reytinqi açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan millisi dünyanın 123-cü komandasıdır.

 

Komandamızın aktivində 1146,72 xal var. Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 19,55 xallıq qazancla 5 pillə irəliləyib.

 

Buna millimizin qələbələri səbəb olub. Yığmamız Millətlər Liqasında Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib. Komandamız 5 ölkəni - Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını keçib.

 

Qardaş Türkiyə yığması 1460,14 xalla 45-cidir. “Ay-ulduzlular” ötən cədvəllə müqayisədə üç pillə geriləyib.

 

Qeyd edək ki, cədvələ 1841,30 xalla Braziliya başçılıq edir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu