Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çexiyanın paytaxtı Praqaya səfəri başlayıb.
Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Türkiyə lideri bu gün Praqada Avropa Siyasi Birliyi liderlərinin sammitində iştirak edəcək. Daha sonra Ərdoğanın Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makronla görüşü gözlənilir.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Praqaya yola düşüb.