Kütləvi məzarlıqda tapılan qalıqlardan bəzilərinin kimliyi müəyyənləşib

Kütləvi məzarlıqda tapılan qalıqlardan bəzilərinin kimliyi müəyyənləşib

6 Oktyabr 2022, 12:22

“Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edir”.

 

Modern.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə bildirib.

 

K.Əliyev qeyd edib ki, dəfələrlə ermənistanlı həmkarı ilə görüşdə bu məsələni qaldırıb:

 

“Amma təəssüf ki, onlar bundan yayınırlar və məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Amma biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Biz bu gün hər itkin düşənin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Biz meyitlər aşkarlandıqca onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Aşkarlanan kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı