Modern.az

Ərdoğan Praqada səfərdədir - Paşinyanla görüşəcək

Ərdoğan Praqada səfərdədir - Paşinyanla görüşəcək

Aktual

6 Oktyabr 2022, 14:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiyanın paytaxtı Praqaya səfər edib.

Modern.az “Anadolu”ya istinadən xəbər verir ki, Prezident Ərdoğan Avropa Siyasi Birliyinin sammitində Avropanın sülh və təhlükəsizlik, enerji, iqlim və iqtisadi vəziyyət baxımından üzləşdiyi çətinliklərlə bağlı Türkiyənin fikirlərini və qiymətləndirmələrini diqqətə çatdıracaq.

Onun ikitərəfli görüşlər keçirəcəyi də bildirilir.

 

Türkiyə Prezidenti Administrasiyasından verilən məlumata görə, Ərdoğan Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə də görüşəcək.

Ərdoğanın hazırda Praqada olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır. Bu görüşdə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalaması, “Zəngəzur dəhlizi”nin açılması məsələləri müzakirə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu