Putin sabah MDB liderlərilə görüşəcək

Putin sabah MDB liderlərilə görüşəcək

6 Oktyabr 2022, 14:36

Oktyabrın 7-də Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.


O qeyd edib ki, MDB dövlət başçıları bir-birini illərdir tanıdıqları üçün Vladimir Putini yubileyi münasibətilə təbrik edəcəklər.
 

“Bir qayda olaraq, bunun üçün protokolda təbrik nəzərdə tutulmur.Və çox vaxt hədiyyələr protokollar vasitəsilə ötürülür. Təbii ki, MDB liderləri bir-birini illərdi tanıyır və insani olaraq, ad günü münasibətilə təbrik edəcəklər”, - Peskov bildirib.


Peskov, həmçinin qeyd edib ki, cümə günü prezident Putinin gərgin iş günü olacaq.

Xatırladaq ki, sabah - 7 oktyabr tarixi Rusiya prezidenti Vladimir Putinin ad günüdür, onun 70 yaşı tamam olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə kəşfiyyatı hərəkətə keçdi: Dərhal əməliyyat başlayacaq!