Gömrük Akademiyasında estoniyalı nümayəndələrlə görüş keçirilib

Gömrük Akademiyasında estoniyalı nümayəndələrlə görüş keçirilib

Aktual

6 Oktyabr 2022, 14:20

Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi yanında Təhsil və Gənclər Şurasının əməkdaşları Dövlət Gömrük Komitəsinin Akademiyasına səfər ediblər.

 

Modern.az xəbər verir ki, Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Akademiyanın əməkdaşları, Şuranın Ali Təhsil və Beynəlxalq Marketinq şöbəsinin müdiri cənab Eero Loonurm və Ali Təhsil Marketinqi üzrə aparıcı mütəxəssisi xanım Piret Puuorq iştirak ediblər.

 

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq, Akademiya haqqında geniş məlumatla çıxış edib və Estoniya ali təhsil müəssisələri ilə müxtəlif sahələrdə, xüsusilə informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. 

 

Daha sonra Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Mecidov müxtəlif sahələrdə aparılan ikili və çoxtərəfli əməkdaşlıqlar, layihələr, o cümlədən Estoniya qurumları ilə həyata keçirilməsi planlaşdırılan tərəfdaşlıqlar haqqında bəhs edib.

 

Eero Loonurm və Piret Puuorq Estoniyanın ali təhsildə beynəlmiləlləşmə sahəsində təcrübə və nailiyyətləri, Estoniya təqaüd proqramları, ölkənin aparıcı universitetləri haqqında məlumat verərək, Azərbaycanla Estoniya arasında akademik sahədə əlaqələrin dinamik inkişafından məmnun olduqlarını ifadə ediblər.

 

Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı