Modern.az

Mişel liderlərlə birgə görüşdən əvvəl paylaşım etdi

Mişel liderlərlə birgə görüşdən əvvəl paylaşım etdi

Aktual

6 Oktyabr 2022, 15:48

Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Mişel tviter hesabında yazıb.

 

O bildirib ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və regionda davamlı sülhün əldə edilməsi ilə bağlı müzakirələr aparılacaq.

 

Qeyd edək ki, görüş Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində baş tutacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI