Modern.az

“Bakı və İrəvanı bu məsələni bağlamağa çağırırıq” - Zaxarova

“Bakı və İrəvanı bu məsələni bağlamağa çağırırıq” - Zaxarova

Aktual

6 Oktyabr 2022, 16:20

Moskva Bakı və İrəvanı saxlanılan şəxsləri “hamının hamıya” prinsipi ilə qaytarmağa çağırır.

Modern.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.


“Vurğulamaq istərdim ki, Rusiya bu xarakterli humanitar problemlər ətrafında heç bir geosiyasi və digər oyunları sevmir. Moskva ardıcıl olaraq Bakı və İrəvanı bu məsələni nəhayət bağlamağa – “hamının hanıya” düsturu ilə saxlanılanları geri qaytarmağa çağırır”, - Zaxarova bildirib.


O, həmçinin qeyd edib ki, 2020-ci ilin payızında II Qarabağ müharibəsi başa çatdıqdan sonra Rusiyanın birbaşa köməyi ilə ümumilikdə 147 əsir geri qaytarılıb: 128-i Ermənistan tərəfinə, 19-u Azərbaycana.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI