Modern.az

“Nikol xalqın qürurunu sındırdı” – Ermənilər şokdadır

“Nikol xalqın qürurunu sındırdı” – Ermənilər şokdadır

7 Oktyabr 2022, 11:04

Ermənistan vətəndaşları liderlərin Praqada keçirilən dördtərəfli görüşündən narazı qalıb.

 

Modern.az xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində bəzi aktiv istifadəçilər baş nazir Nikol Paşinyanın görüşdən fotosunu paylaşaraq, onun hərb meydanında olduğu kimi, diplomatiyda da məğlub olduğunu deyiblər.

 

Sosial şəbəkə hesablarında yazılan əksər şərhlərdə vurğulanıb ki, yenidən Paşinyan ermənilərin qürurunu sındırıb.

 

"Baş nazir Nikol Paşinyan Milli Assambleyada “Mülki razılaşma” fraksiyasının deputatlarının suallarını cavablandırarkən növbəti dəfə yalan danışaraq demişdi ki, heç bir razılıq olmayacaq. Amma o yenidən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Bu, sadəcə bizim üçün utancvericidir. O, hakimiyyətə gələndə bizə başqa vədlər vermişdi. Paşinyan növbəti dəfə Ermənistanın qürurlu və ləyaqətli vətəndaşlarını manipulyasiya edərək aldadıb", - deyə Ermənistan mediası narazı vətəndaşlara istinadən yazıb.

 

Qeyd edək ki, ötən gün Praqada Azərbaycan və Ermənistan liderlərinin görüşü olub. Görüşdən sonra qəbul edilən bəyanata əsasən, Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?