Modern.az

Səbinə Əliyevaya mane olanlar CƏZALANDIRILACAQ

Səbinə Əliyevaya mane olanlar CƏZALANDIRILACAQ

Aktual

7 Oktyabr 2022, 11:36

İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman), milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət müəyyələşir.

 

Modern.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinin məhdudlaşdırılması və ya fəaliyyətinə müdaxilə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI