Modern.az

Ombudsman bu hallarda da fəaliyyət göstərəcək

Ombudsman bu hallarda da fəaliyyət göstərəcək

Aktual

7 Oktyabr 2022, 11:50

Azərbaycanda fövqəladə və ya hərbi vəziyyətlə bərabər sanitariya-gigiyena və karantin rejimləri elan ediləndə də ombudsman fəaliyyət göstərəcək. 

 

Modern.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, dövlət orqanları, bələdiyyələr və digər qurumlar, onların vəzifəli şəxsləri tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsi yolverilməz hesab ediləcək.

 

Digər dəyişikliklə isə fövqəladə və ya hərbi vəziyyətin, habelə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin elan edilməsi Müvəkkilin fəaliyyətini dayandırmacaq və ya məhdudlaşdırmayacaq.

 

Qanunun hazırkı bəndləri isə belədir:

 

Hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsi yolverilməzdir.

 

Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi Müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI