"Ombudsmana yüzlərlə müraciət daxil olur, amma nəticəsi yoxdur".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, Ombudsman təsisatı bələdiyyələr kimi fəaliyyətsiz, səmərəsiz quruma çevrilib:
"Bu, dövlət orqanlarının Ombudsman təsisatına lazımi səviyyədə dəstək verməməsinin nəticəsidir. Onlar Ombudsmandan daxil olan müraciətlərə ciddi yanaşmırlar. Ümid edirik ki, yeni dəyişikliklər Ombudsmanın insan hüqualarının qorunamsı sahəsində ali təsisat olduğunu xatırlamağ, onun daha ciddi qəbul olunmasına şərait yaradacaq".