Modern.az

Gəncədə 6 şagird zəhərlənib - YENİLƏNİB

Gəncədə 6 şagird zəhərlənib - YENİLƏNİB

Aktual

7 Oktyabr 2022, 13:18

Oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verib.

 

Bildirili ki, ilkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb: "Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir".

 

***

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.

 

Modern.az xəbər verir ki, məktəbin 6 şagirdi zəhərlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir