Modern.az

Erməni işğalının nəticələri dövlətimiz tərəfindən aradan qaldırılır

Erməni işğalının nəticələri dövlətimiz tərəfindən aradan qaldırılır

7 Oktyabr 2022, 13:11

Torpaqlarımız işğaldan azad edildikdən sonra bütün dünya erməni vandalizminin bir daha şahidi oldu. Yandırılmış, dağıdılmış kəndlərimiz, təhqir olunmuş məscidlərimiz, xarabaya çevrilmiş, məhv edilmiş meşələrimiz, talan edilmiş qəbirlərimiz erməni faşizminin və terrorunun acı nəticələridir.  Ona görə də Azərbaycanın qazandığı Qələbə təkcə Ermənistan deyil, həm də faşizm üzərində çalınmış Qələbədir.Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə Ağdam deyil, Füzuli deyil azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, ermənilərin aqibətinə bənzər olacaq.

 

Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb.

 

İşğal dövründə bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir.

 

İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi. Beynəlxalq ictimaiyyət isə Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.

 

İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi.

 

Hazırda  Azərbaycan dövləti 30 il davam edən işğalın acı nəticələrini aradan qaldırmaq üçün çalışır. Bu məqsədlə dövlətimiz tərəfindən  işğaldan azad edilmiş ərazilərdə geniş bərpa- quruculuq işləri həyata keçirilir.  İşğaldan azad ediləndə bayraq taxmağa salamat bir bina tapılmayan Füzuli şəhərində  artıq Beynəlxalq Hava Limanı istifadədədir. Hal- hazırda yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. Zəfər yolu sərnişinlərin ixtiyarındadır.  Füzuli-Şuşa yolu, magistral yolumuz, eyni zamanda,  Horadiz-Zəngilan, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi uğurla davam edir. Paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və Zəngəzur dəhlizinin açılması gələcəkdə ölkəmizin regional və beynəlxalq strateji əhəmiyyətini daha da artıracaqdır.

 

Bütün Qarabağ zonasının “yaşıl enerji” zonası olması, bütün şəhərlərin “ağıllı şəhər” konsepsiyası əsasında qurulması üçün fəal iş aparılır. Həyata keçirilən iri infrastruktur layihələr, beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturu ölkəmizin gücünün və beynəlxalq nüfuzunun göstəricisidir. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi daha da  inkişaf edəcək.


Nigar Qasımova

Füzuli RİH, Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin məsləhətçisi

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər