Modern.az

“Qırmızı kitab”a düşmüş saqqız ağacı çoxaldılacaq

“Qırmızı kitab”a düşmüş saqqız ağacı çoxaldılacaq

7 Oktyabr 2022, 14:08

Azərbaycanın nadir bitkilərindən olan saqqız ağacının (yabanı püstə) Meşələrin İnkişafı Xidmətinin Regional Tinglik Mərkəzlərində çoxaldılması işlərinə başlanılıb.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Modern.az-a bildirib ki, adı “Qırmızı kitaba” salınmış bu nadir bitki növündən Qarabağ düzündə, xüsusilə də Sultanbud meşəsinin bərpasında geniş istifadə ediləcək.

 

“Saqqız ağacı Azərbaycanda yabanı halda yayılan növ olub, üçüncü dövrün ən qiymətli relikt ağaclarından biridir. Respublikamızın meşə ərazilərində bu ağaclara az rast gəlinsə də, onun coğrafi arealı genişdir”.

 

V.Fərzəliyevin sözlərinə görə, meşə ərazilərində təbii bərpaya kömək məqsədilə meşə fondu torpaqlarının seyrək sahələrində saqqız ağacı tingləri əkiləcək və toxumları səpiləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır