Modern.az

“Biz sizinləyik” - Azərbaycanlılar da Putinə dəstək oldular

“Biz sizinləyik” - Azərbaycanlılar da Putinə dəstək oldular

Aktual

7 Oktyabr 2022, 16:24

Rusiya Prezidenti Vladimir Putinin doğum günü ilə bağlı 20-dən çox xalqın nümayəndəsinin iştirakı ilə “Biz sizinləyik” fləşmobu keçirilib. 

 

Modern.az xəbər verir ki, fləşmob iştirakçıları Putini 70 illik yubileyi münasibətilə təbrik ediblər.

 

Tədbirdə əsasən tələbələr, məktəblilər, xalq yaradıcılıq kollektivlərinin rəssamları iştirak ediblər.

 

Bunlar Rusiyada yaşayan 20-dən çox müxtəlif xalqların nümayəndələridir. Fləşmob iştirakçıları sırasında yunanlar, polyaklar, ləzgilər, noqaylar, moldavanlar, çuvaşlar, ruslar, qazaxlar, başqırdlar, koreyalılar, çeçenlər, yəhudilər, kürdlər, əfqanlar, nanaylar, çukçilər, marilər, ermənilər, çelkanlar, belaruslar, hətta azərbaycanlılar da yer alıb.

 

Şüar olaraq, “güclü, vahid və məğlub olmayan çoxmillətli Rusiya xalqı” səsləndirilib. 

 

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin 70 yaşı tamam olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır