Bakı, Sumqayıt, Abşeronda pensiyalar ödənildi

Bakı, Sumqayıt, Abşeronda pensiyalar ödənildi

Aktual

7 Oktyabr 2022, 16:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, 2022-ci ildə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın sonuncu rüb üzrə nəzərdə tutulan hissəsi (50 manat) də oktyabr ayının pensiyasının üzərinə əlavə olunub.

 

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu