Modern.az

Son sutkada 90 yoluxma - Ölən olmayıb

Son sutkada 90 yoluxma - Ölən olmayıb

Aktual

7 Oktyabr 2022, 16:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 90 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada vəfat edən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 822 027 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 508 nəfər müalicə olunaraq sağalıb, hazırda 592 aktiv xəstə var. Bu günə qədər 9927 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2202, ümumilikdə isə 7 269 145 test icra olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü