Modern.az

Avro-4 ekoloji sertifikatının elektron qaydada əldə edilməsinə dair VİDEOTƏLİMAT

Avro-4 ekoloji sertifikatının elektron qaydada əldə edilməsinə dair VİDEOTƏLİMAT

Aktual

7 Oktyabr 2022, 15:16

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq yeni elektron xidmət istifadəyə verib. Yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradır. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.

 

Modern.az idxal ediləcək avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatın elektron qaydada əldə edilməsinə dair videotəlimatı təqdim edir:

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı