Modern.az

GDU-da yüksək bal toplayan tələbələrlə görüş keçirilib

GDU-da yüksək bal toplayan tələbələrlə görüş keçirilib

8 Oktyabr 2022, 15:26

2022-2023-cü tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarında yüksək bal toplayaraq Gəncə Dövlət Universitetinə daxil olan tələbələrlə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb.

 

Rektor Yusif Yusibov universitetdə görülən işlərdən, eləcə də burada tədrisin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, universitetin müasir tədris korpusları, kitabxanası, laboratoriyası mövcuddur. Bununla yanaşı GDU-da tələbələrin rahat şəkildə təhsilini davam etməsi üçün müasir yataqxana da fəaliyyət göstərir.

 

Görüşdə GDU-nun Tədris işləri üzrə prorektoru, dosent Şahin Xurşudov, GDU-nun Humanitar məsələr üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov çıxış edərək yüksək nəticə ilə universitə qəbul olan tələbələrə uğurlar arzulayıb. Tələbələrə XXI əsrin çağırışlarına cavab olaraq elmli, təhsilli, güclənmiş dövlətimizə layiq vətəndaş kimi yetişməyi tövsiyə ediblər.

 

Görüşün sonunda yüksək nəticə ilə GDU-ya qəbul olmuş gənclərin tələbə bileti təqdim edilmiş, onlara hədiyyələr verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər