Modern.az

Rektor təqaüdə çıxan müəllimləri belə yola saldı - FOTO

Rektor təqaüdə çıxan müəllimləri belə yola saldı - FOTO

Aktual

10 Oktyabr 2022, 10:14

Gəncə Dövlət Universitetində (GDU) öz arzusu ilə əmək fəaliyyətini başa vuran qocaman müəllimlərlə görüş keçirilib.

 

Universitetdən Modern.az-a verilən məlumata görə, GDU-nun rektoru Yusif Yusibov universitetin elmi-pedaqoji fəaliyyətində yaxından iştirak edən, əmək fəaliyyətini başa vurmuş Ümumi texniki fənlər və texnologiya kafedrasının sabiq dosenti Rizvan Həsənovu, Təhsilin pedaqogikası və metodikası kafedrasının sabiq baş müəllimi Hüseyn Mehdiyevi fəxri fərmanlarla təltif edərək, mükafatlandırıb.

 

Səhhəti ilə bağlı gələ bilməyən Azərbaycan dili kafedrasının sabiq baş müəllimi Elmira Əliyevanın fəxri fərmanı və mükafatı qızı Nuriyyə Əlizadəyə təqdim olunub. Qeyd edilib ki, universitetdə uzun illər çalışan, tələbələrə elmin sirlərini aşılayan müəllimlər hər zaman xoş xatirələrlə yaddaşlarda qalacaq.

 

Görüş iştirakçıları universitetlə bağlı xatirələrini bölüşərək təşəkkürlərini bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu