Modern.az

Qırğızıstan və Azərbaycanın şəhərləri qardaşlaşacaq

Qırğızıstan və Azərbaycanın şəhərləri qardaşlaşacaq

Aktual

11 Oktyabr 2022, 23:13

“Qırğızıstanın və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq”.

 

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində deyib.

 

“Mənə və nümayəndə heyətimizin üzvlərinə qardaş Qırğız torpağında göstərilən qonaqpərvərliyə görə bir daha dərin təşəkkürümü bildirirəm. Öz tərəfimdən əmin etmək istəyirəm ki, ortaq köklərə, ortaq mədəni irsə malik olan qardaş xalqlarımızı daha sıx birləşdirməkdən ötrü əlimdən gələni edəcəyəm.

 

Biz Qırğızıstan Prezidenti ilə birlikdə əlimizdən gələni edəcəyik ki, beynəlxalq təşkilatlarda bundan sonra da dostluğu dəstəkləyək, Qırğızıstan və Azərbaycan bütün sahələrdə - həm iqtisadiyyat, həm investisiya, nəqliyyat, energetika, mədəniyyət sahələrində xalqlarımızın rifahı və ölkələrimizin gələcəyi naminə iki qardaş kimi çiyin-çiyinə irəliləsin”, - deyə Prezident vurğulayıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu