Modern.az

Ərdoğan Qazaxıstana getdi - Putinlə görüşəcək

Ərdoğan Qazaxıstana getdi - Putinlə görüşəcək

Aktual

12 Oktyabr 2022, 11:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərə yola düşüb.

 

Modern.az xəbər verir ki, Türkiyə dövlətinin başçısını geniştərkibli nümayəndə heyəti müşayiət edir.

 

Astana şəhərində rəsmi qarşılanmadan sonra Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olacaq.

 

Astanada iki qardaş ölkə prezidentlərinin iştirakı ilə Türkiyə-Qazaxıstan Ali Səviyyəli Əməkdaşlıq Şurasının dördüncü toplantısı keçiriləcək.

 

Prezident Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanın dövlət və hökumət nümayəndələri qarşısında çıxışı nəzərdə tutulub.

 

Səfər çərçivəsində oktyabrın 13-də Astana şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi də gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu