Modern.az

“Qarabağ” “Olimpiakos”la heç-heçə etdi - YENİLƏNİB

“Qarabağ” “Olimpiakos”la heç-heçə etdi - YENİLƏNİB

13 Oktyabr 2022, 22:38

“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun komandası G qrupunun dördüncü turunda Bakıda Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib.

 

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev yer alıblar.

 

“Olimpiakos”un heyətində meydana Aleksandros Pasxalakis, Şime Vrsalko, Andreas Buxalakis, Pyer Kunde, Sokratis Papastatopulos, Marius Vrusai, Hvan İy Co, Pep Biel, Oleq Ryabçuk, Abubakar Kamara və Andreas-Rixardos Ntoi çıxıblar.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb.

 

Qeyd edək ki, “Qarabağ” G qrupunda 7 xalla ikinci, hesabında 1 xal olan Pirey təmsilçisi sonuncu pillədədir.

 

Qrupun digər görüşündə Almaniyanın “Frayburq” klubu Fransada “Nant” komandasının qonağı olub. Almaniya klubu rəqibini 4:0 hesabı ilə məğlub edib.

 

Hazırda G qrupuna 12 xalla “Frayburq” klubu başçılıq edir. “Nant” isə 3 xalla üçüncü pillədə yer alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi