Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtda yerləşən orta məktəblərin istilik təchizatı ilə bağlı işlərə başlayıb.
Modern.az bildirir ki, bu barədə İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlama verib.
O qeyd edib ki, aidiyyəti qurumlarla problemlərin həllinə yönəlik görüş keçirilib:
"Hazırda test rejiminə uyğun olaraq məktəblərə qaz verilib. Hesab edirik ki, istiliklə bağlı proses düzgün nizamlanacaq və şagirdlər isti mühitdə təhsillərini davam etdirə biləcəklər".