Türkiyənin Antalya şəhərində Almaniya vətəndaşı faciəvi şəkildə ölüb.
Modern.az xəbər verir ki, hadisə Antaliyada lövbər salan "Mein Schiff 6" adlı kruiz gəmisində baş verib.
Məlumata görə, 61 yaşlı alman turist Braytte Lisolette Vutşel gəminin 10-cu mərtəbəsindən 6-cı mərtəbəsinə yıxılıb. 61 yaşlı qadın elə yerindəcə keçinib.
Hadisənin gəminin Girit adasına səfəri öncəsi baş verdiyi bildirilir.