Modern.az

Gürcülər Kaladzenin istefasını tələb edir

Gürcülər Kaladzenin istefasını tələb edir

Aktual

16 Oktyabr 2022, 10:25

Gürcüstanda Tbilisi meri Kaxa Kaladzenin istefası tələbilə mitinq keçiriləcək.

 

Modern.az xəbər verir ki, qonşu ölkənin vətəndaş cəmiyyətinin fəalları bazar ertəsi saat 09:00-dan etibarən paytaxt meriyasının önünə toplaşaraq, Tbilisi meri Kaxa Kaladzenin istefasını tələb edəcəklər.

 

Bu barədə ictimai aktivlər yerli mediaya bildiriblər. Onların sözlərinə görə, etiraz aksiyası Kaxa Kaladze istefa verənə qədər davam edəcək.

 

İctimai fəal Laşa Cancqava bildirib ki, paytaxtın Vake parkında baş verən faciəvi hadisə ilə əlaqədar Tbilisi meri istefa verməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI