Modern.az

Koronavirusa ən çox yoluxma bu ölkələrdədir

Koronavirusa ən çox yoluxma bu ölkələrdədir

16 Oktyabr 2022, 12:46

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 624 milyon 502 min 5-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

 

Qeyd edilir ki, dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 567 min 70 nəfər COVID-19-dan ölüb.

 

Koronavirusa 30 milyondan çox yoluxmanın qeydə alındığı ölkələr arasında ilk sıralarda ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya qərarlaşıb.

 

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?