Modern.az

Nazirlikdən hava XƏBƏRDARLIĞI

Nazirlikdən hava XƏBƏRDARLIĞI

Aktual

16 Oktyabr 2022, 18:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti oktyabrın 17-də ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-23° isti olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

 

Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu