Sosial şəbəkələrdə Bakıda qadının azyaşlı uşaqla birgə küçədə məişət tullantılarının olduğu yerdə gecələməsini əks etdirən görüntülər yayılıb.
Modern.az xəbər verir ki, fotoların Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında çəkildiyi bildirilir.
Həmin şəxslərin kimliyi hələlik açıqlanmayıb.
Natəmiz yerdə yatan qadının fotosu sosial şəbəkələrdə geniş yayılıb və müzakirələrə səbəb olub.