Modern.az

Rusiya Krımı itirsə, nüvə silahından istifadə edəcək - Mask

Rusiya Krımı itirsə, nüvə silahından istifadə edəcək - Mask

17 Oktyabr 2022, 21:40

Rusiya Krımı özünün ən mühüm və ayrılmaz hissəsi hesab edir. 

 

Modern.az xəbər verir ki, bunu "SpaceX" və "Tesla" şirkətlərinin yaradıcısı İlon Mask "Twitter" hesabında yazıb.

 

O, hesab edir ki, Rusiya yarımadanı itirmək təhlükəsi ilə üzləşsə, nüvə silahından istifadə edəcək, sonra III Dünya Müharibəsi başlayacaq.

 

“Kim istəsə də, istəməsə də, Krım Rusiya tərəfindən tamamilə ölkənin ən vacib hissəsi hesab olunur. Krım cənub dəniz bazası olduğu üçün Rusiyanın milli təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edir. Krımın itirilməsi ABŞ-ın Havay və Pearl Harboru itirməsinə bənzəyir”, – deyə Mask qeyd edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək