Modern.az

“Vəziyyət o qədər də hamar deyil” - Vahid Əhmədov

“Vəziyyət o qədər də hamar deyil” - Vahid Əhmədov

Aktual

18 Oktyabr 2022, 11:22

"Azərbaycan 31 ildə ciddi uğurlara imza atıb. Siyasi, iqtisadi və digər sahələrdə uğurlarımız göz qabağındadır".

 

Modern.az xəbər verir ki, bunu parlamentin payız sessiyasının bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

 

O qeyd edib ki, Azərbaycanın ən böyük uğuru torpaqlarımızın işğaldan azad edilməsidir: "Bu uğurun səbəbi Azərbaycan Ordusunun gücü, əsgər və zabitlərimizin cəsarəti, xalqın birliyidir. Vətən müharibəsində qələbəmiz ölkəmizin 31 ildəki ən böyük uğurudur. 



Azərbaycan xalqının birliyinə bu gün də ehtiyac var. Dünyada vəziyyət o qədər də hamar deyil. Xüsusilə, qonşu ölkələrdə baş verən hadisələr, millətin birlikdə olması, ölkə rəhbərini dəstəkləməsini şərtləndirir. Ona görə, mən Azərbaycan xalqını yumruq kimi birləşib, ölkə rəhbərini dəstəkləməyə çağırıram". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI