Modern.az

Onları hərbi təlimə cəlb etmək hələ tezdir - Deputat

Onları hərbi təlimə cəlb etmək hələ tezdir - Deputat

Aktual

18 Oktyabr 2022, 12:47

“Azərbaycan Ordusu nəinki Cənubi Qafqazda, eləcə də dünyada qabaqcıl ordular sırasındadır. Belə ki, mütəmadi şəkildə Ordumuz üçün yeni hərbi texnikalar alınır. Orduda daim keyfiyyətli təlimlər keçirilir, bu da NATO standartlarına uyğundur. Həta texnikalarımız da həmin standartlara uyğundur”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov deyib.

 

O bildirib ki, bəzən hərbi texnikalardan düzgün istifadə edilməməsi nəticəsində onların sıradan çıxması ölkəmizə ziyan vura bilər:

 

“Bilirik ki, orduda qulluq ikili sistem əsasında həyata keçirilir. Çağırışla hərbi xidmətdə qulluq keçənləri texnikalardan istifadə ilə bağlı təlimlərə cəlb etmək tezdir. Yalnız o halda bu icra edilə bilər ki, onlar öz fəaliyyətini gələcəkdə bu sahədə davam etdirmək istəyərlər. Bu zaman texnikalardan düzgün istifadə həmin avadanlıqların zərər çəkməməsinə gətirib çıxara bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI