Modern.az

Erməni hakim həbs edildi

Erməni hakim həbs edildi

19 Oktyabr 2022, 13:16

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Arusyak Aleksanyan həbs olunub.

 

Modern.az xəbər verir ki, İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Razmik Marikyan Milli Təhlükəsizlik Xidməti müstəntiqinin hakim Aleksanyan barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətini təmin edib.

 

Məlumata görə, oktyabrın 17-də MTN əməkdaşları məhkəmə binasına soxularaq hakim Arusyak Aleksanyan və vəkil Erik Aleksanyanı həbs ediblər. 

 

Erik Aleksanyan barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət isə hakim Arşak Matevosyanın sədrliyi ilə keçirilən məhkəməyə təqdim edilib. Məhkəmə hələ də zaldan kənar otaqda qərarı müzakirə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi