Modern.az

Yunanıstan XİN başçısı Ukraynaya gedib

Yunanıstan XİN başçısı Ukraynaya gedib

Aktual

19 Oktyabr 2022, 18:00

Yunanıstanın xarici işlər naziri Nikos Dendias oktyabrın 19-da Ukraynanın paytaxtı Kiyevə gedib.

 

Modern.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

 

XİN başçısı Kiyevdə bir sıra rəsmi şəxslərlə görüşüb.

 

Nazirin sözlərinə görə, görüşlər zamanı xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi, parlament diplomatiyası, Avropaya inteqrasiya, Yunanıstan-Ukrayna münasibətləri və Ukraynadakı yunan diasporu ilə bağlı məsələlər müzakirə olunub.

 

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba yunanıstanlı həmkarı ilə keçirdiyi brifinqdə bu ölkədən piyada döyüş maşınlarının tədarükünün başlandığını deyib. Kuleba texniki vasitələrin Ukrayna üçün çox vacib olduğunu diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi